Terror təhdidi məlumatı ABŞ-da sərnişin təyyarəsini geri qaytardı



ABŞ-da United Airlines aviaşirkətinə məxsus sərnişin təyyarəsi göyərtədəki bir sərnişinin terror təhdidi ilə bağlı məlumat daxil olduqdan sonra havaya qalxdıqdan qısa müddət sonra hava limanına geri dönüb. 

AFN.az xəbər verir ki, hadisədən sonra 25 yaşlı sərnişin saxlanılıb.

Nyu-Cersi ştatının Nyuark şəhərinə uçmaq üçün oktyabrın 24-ü şənbə günü Nevada ştatının Las-Veqas şəhərindən havaya qalxan təyyarədə terror təhdidi olduğu barədə məlumat daxil olub.

Flightradar24 uçuş izləmə platformasının məlumatlarına görə, gecə həyata keçirilməsi planlaşdırılan reys çərçivəsində təyyarə havaya qalxdıqdan bir saat keçməmiş Las-Veqasa qayıdıb.

Las-Veqas polisi hadisədən sonra 25 yaşlı sərnişinin saxlanıldığını və terror aktı ilə bağlı təhdid etmək və ya yalan məlumat vermək ittihamı ilə həbs olunduğunu açıqlayıb.

Polis şübhəlinin nə etdiyi və ya nə dediyi barədə hələlik ətraflı məlumat verməyib.

United Airlines təyyarədəki 150 sərnişinlə birlikdə Las-Veqasa təhlükəsiz şəkildə qayıdıldığını bildirib. Qərarın mümkün təhlükəsizlik narahatlığı səbəbindən verildiyi qeyd olunub.

Şənbə gecəsi təxirə salınan uçuş bazar günü həyata keçirilib.

Hadisə ilə bağlı araşdırmaya başlanılıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu