Microsoft bəzi əməkdaşlarına könüllü işdən ayrılma təklif edib



ABŞ mərkəzli texnologiya şirkəti Microsoft ABŞ, Kanada, Hindistan və Birləşmiş Krallıqdakı müəyyən əməkdaşları üçün könüllü işdən ayrılma proqramına başlayıb. 

AFN.az xəbər verir ki, proqram çərçivəsində uyğun əməkdaşlara şirkətdən könüllü ayrılmaq təklif olunacaq.

Microsoft-un insan resursları üzrə baş meneceri Emi Koulmanın şirkət əməkdaşlarına göndərdiyi mesajda bildirilib ki, proqrama qoşulan təşkilatlarda çalışan uyğun şəxslərə könüllü işdən ayrılma təklifi təqdim ediləcək.

Mesajda qeyd olunub ki, bu təklif şirkətdən kənarda gələcəyini görən əməkdaşlara dəstəklə yeni mərhələyə keçmək imkanı verir. Eyni zamanda, proqram iştirakçısı olan təşkilatlara dəyişən ehtiyaclara uyğun olaraq işçi qüvvəsini tənzimləməyə şərait yaradır.

Təklifin ABŞ, Kanada, Hindistan və Birləşmiş Krallıqdakı müəyyən əməkdaşlara şamil ediləcəyi bildirilib. Açıqlamada qeyd olunub ki, məhdud müddət üçün nəzərdə tutulan könüllü proqram uyğun əməkdaşlara maliyyə dəstəyi və karyera planlaşdırılması resursları təqdim etməklə Microsoft-dan ayrılmaq imkanı yaradır.

Beynəlxalq mətbuatda yayılan xəbərlərə görə, Microsoft yeni proqram çərçivəsində təxminən 60 min əməkdaşına könüllü işdən ayrılma təklifi təqdim edəcək.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu