Polşanın əhalisi bir il ərzində 165 min nəfər azalıb


Polşanın əhalisi son bir ildə 165 min nəfər azalaraq sentyabrın sonuna 37,212 milyona düşüb.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Polşanın Baş Statistika İdarəsinin açıqladığı məlumatlarda bildirilir.

Qurumun statistikasına görə, sentyabrın sonundakı əhali sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 165 min, 2025-ci ilin sonu ilə müqayisədə isə 121 min nəfər azdır.

2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə 176 min uşaq dünyaya gəlib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6 min nəfər azdır. Həmin müddətdə təbii azalma nəticəsində əhalinin sayı 305 min nəfər aşağı düşüb ki, bu da ötən ilin eyni dövründəkindən 3 min nəfər çoxdur.

Statistika İdarəsinin hesabatında ölkədə depopulyasiya prosesinin sürətləndiyi qeyd olunur. Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölənlərin sayı doğulanların sayını 121 min nəfər üstələdiyi halda, 2026-cı ilin eyni dövründə bu fərq 129 min nəfərə yüksəlib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu