Ermənistanın əhalisi azalır


Ermənistanda 2022-ci ilin yanvar-oktyabr aylarında doğum səviyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz azalıb.


AFN.az xəbər verir ki, bunu Ermənistan Milli Statistika Komitəsinin dərc etdiyi məlumatlar təsdiq edir.
Bildirilir ki, hesabat dövründə 22 906 uşaq doğulubsa, 2021-ci ilin on ayında 30 320 yeni doğulmuş körpə dünyaya gəlib. Eyni zamanda, 2020-ci ilin analoji dövrü ilə müqayisədə 0,7 faiz (30 147 uşaq doğulub) azalma baş verib. Eyni zamanda, qeyd olunan dövrdə 369 ölüdoğulma faktı qeydə alınıb ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,2 faiz, 2020-ci illə müqayisədə isə 2,4 faiz azdır.
Ümumilikdə, 2022-ci ilin yanvar-oktyabr aylarında ölkədə 22 579 nəfər vəfat edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 15,9 faiz, 2020-ci ilin on ayının göstəricisindən 12,8 faiz azdır.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu