Ermənistanda boşanmalar çoxalıb, yeni doğulanların sayı azalıb


Ermənistanda boşanmaların sayı çoxalıb, yeni doğulanların sayı azalıb.



AFN Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, cari ilin səkkiz ayında ölkədə 22 964 körpə dünyaya gəlib, bu isə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 476 körpə azdır. Bundan əlavə, ölkədə bu ilin yanvar-avqust aylarında 10 880 nikah bağlanıb, bu isə 2021-ci ilin ilk səkkiz ayının göstəricisi ilə müqayisədə azdır.

Amma bununla yanaşı, ölkədə boşanma hallarının sayında artım müşahidə olunub. Hesabat dövründə 2 981 boşanma halı qeydə alınıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 boşanma halı çoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu