Zelenski: Ukrayna ordusunun cəbhədəki mövqeləri güclənib



Ukrayna Prezidenti Volodimir Zelenski bu ilin əvvəlindən bəri cəbhənin müxtəlif istiqamətlərində Rusiya ordusuna qarşı üç ayrı əks-hücum əməliyyatı keçirdiklərini bildirib. 

AFN.az xəbər verir ki, Zelenski hazırda Ukraynanın cəbhədəki mövqelərinin müharibənin uzun müddətində olduğundan daha güclü olduğunu bəyan edib.

Zelenski sosial media hesabında paylaşdığı gündəlik videomüraciətində Rusiya-Ukrayna müharibəsində baş verən mühüm hadisələri dəyərləndirib.

Ukrayna ordusu və təhlükəsizlik qüvvələrinin nümayəndələri ilə görüşdüyünü bildirən Zelenski cəbhə xəttindəki vəziyyətlə bağlı onlardan məlumat aldığını qeyd edib.

O, Xarkov vilayətinin Kupyansk şəhəri istiqamətində Rusiya ordusuna qarşı Veles adlı əks-hücum əməliyyatının aparıldığını bildirib.

Zelenski qeyd edib ki, Rusiya qüvvələri Ukrayna mövqelərinin arxasına keçmək üçün yeraltı qaz boru kəmərlərindən istifadə etməyə çalışıblar. Onun sözlərinə görə, Ukrayna hərbçiləri bu taktikadan rəqibə qarşı istifadə edərək yeraltı kommunikasiya sistemini uğurla tətbiq ediblər.

Zelenski ilin əvvəlindən bəri cəbhənin müxtəlif istiqamətlərində həyata keçirilən daha iki əks-hücum əməliyyatı nəticəsində 1000 kvadratkilometr əraziyə nəzarətin yenidən ələ keçirildiyini bildirib. O, Veles əməliyyatının bu ilki üçüncü əks-hücum olduğunu vurğulayıb.

Ukrayna lideri müttəfiqlərin ölkəsinə vaxtında dəstək verməsi halında cəbhədə daha böyük uğurlar əldə edə biləcəklərini deyib. Zelenski bu il Ukraynanın cəbhədəki mövqelərinin müharibənin uzun müddətində olduğundan daha güclü olduğunu qeyd edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu