Tramp Rubionu Kubaya paraşütlə göndərmək istəyir


ABŞ prezidenti Donald Tramp dövlət katibi Marko Rubionu “problemi həll etmək” üçün paraşütlə Kubaya endirməyi təklif edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bu barədə Texas ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

“Bəlkə İranla işimizi bitirdikdən sonra geri qayıdarkən Markonu Kubaya endirərik. Onu ora paraşütlə göndərərik. Kubanın düz ortasına endirərik və o, iki dəqiqəyə bu problemi həll edər”, – deyə Tramp bildirib.

O, həmçinin “Kuba da bizim istiqamətimizdə irəliləyir, hər şey kimi. Çünki ölkəmizə yenidən hörmət edirlər” sözlərini əlavə edib. Bununla belə, ABŞ prezidenti ada dövlətində hansı mənada ABŞ istiqamətində irəliləyiş olduğunu dəqiqləşdirməyib. ABŞ dövlət katibi və prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Marko Rubio Texas səfərində Trampı müşayiət edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu