Tramp: İrandan sonra Kuba ilə məşğul ola bilərik


ABŞ Prezidenti Donald Tramp İranla bağlı proseslər başa çatdıqdan sonra rəsmi Vaşinqtonun diqqətini Kubaya yönəldə biləcəyini bəyan edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, hazırda İrana tətbiq edilən dəniz blokadasının effektiv olduğunu və bu siyasətin davam etdiriləcəyini vurğulayıb.

"İran üçün blokada tətbiq edilib. Onlar ticarət etmirlər. Biz bu ruhda da davam edəcəyik. Hazırda hər hansı hərbi əməliyyat getmir," — deyə Ağ Ev rəhbəri bildirib.

Tramp həmçinin qeyd edib ki, ABŞ hər hansı bir ölkənin dünyanı şantaj etməsinə və ya ondan pul qoparmasına icazə verməyəcək: "Onların etdiyi məhz budur — onlar faktiki olaraq bütün dünyanı şantaj edirlər. Biz buna imkan verməyəcəyik".

Prezidentin bu açıqlaması ABŞ-ın xarici siyasətində növbəti hədəfin Kuba ola biləcəyinə dair siqnal kimi qiymətləndirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu