Yaponiyanın əhalisi 13 ildir azalır


2023-cü ilin oktyabr ayı rəqəmlərinə görə, Yaponiya əhalisi əvvəlki ilə nisbətən 595 min nəfər azalaraq 124 milyon 352 min nəfərə düşüb.


Daxili İşlər və Rabitə Nazirliyinin dərc etdiyi məlumatlara görə, Yaponiya əhalisi son 13 ildə dəfələrlə azalıb. 2023-cü ilin oktyabr ayına olan məlumata görə, Yaponiyanın ümumi əhalisi 124 milyon 352 min nəfərə qədər azalıb.

Ölkə daxilində yaşayan əcnəbilər nəzərə alınmasa, Yaponiya əhalisi əvvəlki ilə nisbətən 837 min azalaraq 121 milyon 193 min nəfərə çatıb.

1950-ci ildən sonra qeydə alınan məlumatlara görə, bu, ən böyük azalma olub.

Yaşı 65-dən yuxarı olan əhalinin sayı 36 milyon 227 min nəfərə, 75 yaşdan yuxarı olanların sayı 20,08 milyona yüksəldiyi halda, 0-14 yaş arası əhalinin sayı azalaraq 14 milyon 173 min nəfərə çatıb.

65 yaşdan yuxarı seqment 29,1 faiz, 75 yaşdan yuxarı seqment 16,1 faiz, 0-14 yaş arası seqment isə 11,4 faiz olaraq qeyd edilib.

Əmək qabiliyyətli yaş hesab edilən 15-64 yaş arası əhali əvvəlki ilə nisbətən 256 min nəfər azalaraq 73 milyon 952 min nəfər olub.

Yaponiyanı təşkil edən 47 inzibati rayon arasında əhalisi 0,34 faiz artan yeganə bölgə paytaxt Tokio olub.

Ən çox əhali itkisi şimal-şərqdəki Tohoku bölgəsində yerləşən Aomori, İvate və Yamaqata prefekturalarında baş verib.

Ölkədə yaşayan əcnəbi əhalinin sayı 243 min nəfər artaraq 3,16 milyon nəfərə çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu