Yaponiyada yeni doğulanların sayı 2023-cü ildə ən aşağı səviyyəyə düşüb
Yaponiyada 2023-cü ildə yeni doğulanların sayı 758 min 631 ilə indiyə qədərki ən aşağı səviyyəyə düşüb.
Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin açıqlamasına görə, 2023-cü ildə yeni doğulanların sayı əvvəlki illə müqayisədə 5,1 faiz azalıb. Yeni doğulanların sayı 758 min 631-ə enərək indiyə qədərki ən aşağı səviyyəyə düşüb.
Yeni doğulanların sayı 1949-cu ildə 2,69 milyon ilə ən yüksək həddə çatarkən, 1973-cü ildə 2,09 milyon, 1983-cü ildə isə 1,5 milyon olub.
Bu rəqəm 2016-cı ildə ilk dəfə olaraq 1 milyondan aşağı düşüb.
Milli Əhali və Sosial Təminat Araşdırma İnstitutu 2035-ci ildə yeni doğulanların sayının 760 mindən aşağı düşəcəyini proqnozlaşdırıb. Proqnoz gözləniləndən 12 il əvvəl gerçəkləşib.
Yaponiyada 2023-cü ildə qeydə alınan nikahların sayı son 90 ildə ilk dəfə olaraq 500 mindən aşağı düşüb.
Evliliklərin sayı 2023-cü ildə bir əvvəlki ilə görə yüzdə 5,9 azalaraq 489 min 281-ə çatıb. Bu rəqəm İkinci Dünya Müharibəsindən sonra ən aşağı səviyyəyə çatıb.
Ölkədə 1899-cu ildən bəri aparılan statistik məlumatlara görə, sonuncu dəfə 1933-cü ildə 486 min 58 nikah qeydə alınıb.
Ən çox nikah 1 milyon 99 min 984 ilə 1972-ci ildə baş verib.
Ölkədə 2023-cü ildə boşanmaların sayı 4 min 695 artaraq 187 min 798-ə çatıb.