Pakistanın əhalisi 241,49 milyon nəfərə çatır


Pakistanda ilk dəfə aparılan rəqəmsal siyahıyaalmanın nəticələrinə görə, ölkə əhalisinin sayı 241,49 milyon nəfərə yüksəlib.


Pakistan Statistika Bürosunun verdiyi məlumata görə, ölkə əhalisinin sayı illik 2,55 faiz artaraq 241,49 milyon nəfərə çatıb.

Əyalətlərə görə bölgüdə Pəncabın 127,68 milyon, Sindhin 55,69 milyon, Hayber Paxtunxvanın 40,85 milyon və Bəlucistanın 14,89 milyon əhalisi olduğu görüldü.

Digər tərəfdən paytaxt İslamabadın əhalisinin 2,36 milyon olduğu açıqlanıb.

Ölkə üzrə kənd yerlərində yaşayanların nisbəti 61,18 faiz, şəhərlərdə yaşayanların nisbəti isə 38,82 faiz təşkil edib.

2017-ci ildə aparılan ən son siyahıyaalmada Pakistan əhalisinin 207,68 milyon nəfər olduğu açıqlanıb.

Pakistan Statistika Bürosu siyahıyaalmanın 2023-cü il martın 1-də başladığını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu