Kanada ABŞ ilə ticarət sazişi üçün şərtlərini açıqladı
Kanadanın Baş naziri Mark Karni ABŞ-ın ölkəsinin qırmızı xətlərini qəbul etməsi halında ticarət sazişinə nail olmaq ehtimalının artacağını bildirib.
AFN.az xəbər verir ki, Karni Ottavanın milli maraqlarına və müəyyən etdiyi qırmızı xətlərə uyğun sazişi qəbul etməyə hazır olduğunu deyib.
Karni qatıldığı proqramdan sonra jurnalistlərin ABŞ ilə mümkün ticarət sazişi barədə suallarını cavablandırıb.
ABŞ Prezidenti Donald Trampın mümkün sazişi imzalayıb-imzalamayacağını bilmədiyini deyən Karni, Kanadanın maraqlarına və qırmızı xətlərinə uyğun razılaşmanı qəbul etməyə hazır olduqlarını vurğulayıb.
Karni bu qırmızı xətlərə görə avqust ayında təklif edilən sazişi imzalamaq istəmədiklərini bildirib. O qeyd edib ki, ABŞ Kanadanın bu məsələlərdəki mövqeyini qəbul etməyə nə qədər yaxınlaşarsa, razılaşma əldə etmək ehtimalı da bir o qədər artar. Karni bu variantı qiymətləndirəcəklərini deyib.
ABŞ Prezidenti Donald Tramp isə Miçiqan ştatında seçki çıxışı zamanı Kanada ilə ticarət məsələsinin yaxın zamanda həll olunacağını bildirmişdi.
