Kanada Fələstinə 100 milyon Kanada dolları yardım ayıracaq



Kanada Baş naziri Mark Karni Fələstinə 100 milyon Kanada dolları dəyərində yardım göstərəcəklərini açıqlayıb. 

AFN.az xəbər verir ki, BMT Baş Assambleyasının 81-ci sessiyası ilə bağlı Nyu-Yorkda olan Karni jurnalistlərə açıqlamasında Qəzzada ağır humanitar böhranın davam etdiyini bildirib.

Karni 100 milyon Kanada dolları məbləğində yardımın 80 milyon dollarının humanitar yardıma, 20 milyon dollarının isə sülh və təhlükəsizlik imkanlarının inkişafına ayrılacağını deyib.

Karni İsrail hökumətinin Şərqi Qüdsdə qanunsuz E1 yaşayış məntəqəsi layihəsinə icazə verməsinin sülh üçün birbaşa təhdid yaratdığını bildirib.

O, qanunsuz İsrail yaşayış məntəqələrində istehsal olunan mallara qarşı ticarət məhdudiyyətlərini həyata keçirmək niyyətində olduqlarını açıqlayıb.

Karni bunun iki dövlətli həll imkanının qorunmasına və davamlı sülhün təmin edilməsinə yönəlmiş praqmatik və konkret addım olduğunu qeyd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu