Bunu etməzdən əvvəl siz güzgüyə baxmalısınız...


“İkili standartlar siyasəti tam şəkildə beynəlxalq siyasətdən çıxarılmalıdır”.

AFN.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib.

Cəmiyyətimizin ikili standartlara sıfır tolerantlıq göstərdiyini xatırladan dövlət başçısı qeyd edib ki, bu həmçinin müxtəlif müharibə və münaqişələrin həllində tətbiq olunmalıdır: “İkili standartlar, həmçinin onunla bağlıdır ki, kimsə sizə həyat tərzi ilə bağlı dərs deməyə çalışır. Bunu etməzdən əvvəl siz güzgüyə baxmalısınız, özünüzdən soruşmalısınız ki, sizin kiməsə mühazirə vermək hüququnuz varmı?”

Dövlət başçısı bildirib ki, müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək dərsləri verilməli deyil. Biz bunu bilirik. Biz diqqətimizi daha çox öz ev tapşırığımıza yönəltməliyik. Digər ölkələrdə baş verənlər o insanların, o xalqların öz işidir, bu, bizim işimiz deyil.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu