Ukrayna Oleşki istiqamətində atəşkəsə əməl etdiyini açıqladı
Ukraynanın Ombudsmanı Dmitro Lubinets Rusiyanın qanunsuz ilhaq etdiyi Xerson vilayətinə bağlı Oleşki şəhərində keçiriləcək humanitar əməliyyatla əlaqədar başladılan atəşkəsə ölkəsinin əməl etdiyini bildirib.
AFN.az xəbər verir ki, Lubinets atəşkəs prosesinin qüvvəyə mindiyini sosial media hesabında açıqlayıb.
Lubinets sosial media hesabında paylaşım edərək Xerson vilayətinin Oleşki şəhərində həyata keçiriləcək humanitar yardım əməliyyatı ilə əlaqədar atəşkəs prosesinin qüvvəyə mindiyini qeyd edib.
Atəşkəsin Kiyev vaxtı ilə saat 03:00-da başladığını bildirən Lubinets Ukrayna tərəfinin razılaşmalara əməl etdiyini vurğulayıb.
O, bölgədəki hadisələrlə bağlı ictimaiyyəti məlumatlandırmağa davam edəcəklərini bildirib. Lubinets qeyd edib ki, proses ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın vasitəçiliyi və koordinasiyası ilə, Rusiya İnsan Hüquqları üzrə Ali Komissarı Yana Lantratova ilə birlikdə həyata keçirdikləri humanitar yardım missiyası çərçivəsində baş verir.
