Tramp Meksikanı işğal edə bilər - ŞOK İDDİA
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın keçid komandası narkotik kartelləri ilə mübarizə aparmaq üçün Meksikaya hərbi müdaxilənin mümkünlüyünü müzakirə edir.
Bu barədə "Rolling Stone" jurnalı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin iddiasına görə, gələcək administrasiyanın üzvləri, o cümlədən müdafiə naziri və dövlət katibi vəzifələrinə namizədlər Meksikada ABŞ hərbi qüvvələrinin istifadəsi ideyasını açıq şəkildə dəstəkləyiblər.
Mənbələr bildiriblər ki, kartel liderlərini məhv etmək üçün xüsusi qüvvələrin istifadə etdiyi “yumşaq işğaldan” narkotik kartellərinin infrastrukturuna qarşı hava hücumlarına qədər müxtəlif variantlar nəzərdən keçirilir. Bildirilir ki, ABŞ dövlət katibi vəzifəsinə namizəd, senator Marko Rubio “Meksika hökuməti ilə əməkdaşlıq” və “hərəkətlərin silahlı qüvvələrlə əlaqələndirilməsi şərti ilə” Amerika qoşunlarının Meksikaya göndərilməsi ideyasını dəstəkləyib.
Jurnalın yazdığına görə, şəxsi söhbətlərində Tramp Meksika hökumətindən bir neçə ay ərzində ABŞ-a fentanil axınının dayandırılmasını tələb etmək niyyətində olduğunu bildirib, əks halda o, ölkəyə Amerika qoşunlarını göndərəcək.