Trampın kabineti formalaşır
ABŞ prezidenti seçilən Donald Tramp kabinetində işləmək niyyətində olduğu adları bir-bir seçir.
ABŞ Trampın ikinci dövrünü gözləyərkən, Tramp komandasını formalaşdırır.
Trampın Ağ Evdə iki kritik vəzifəyə təyin etmək niyyətində olduğu adlar açıqlanıb.
Tramp Respublikaçı Florida ştatının Nümayəndələr Palatasının üzvü Mayk Uolsdan Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri olmasını istəyib.
Bildirilir ki, Əfqanıstan və Yaxın Şərqdə hərbi xidmətdə olmuş Valsın bu vəzifəyə seçilməsi ABŞ-ın qlobal mövqeyinin yenidən qurulması deməkdir.
Trampın seçdiyi digər ad isə Birləşmiş Millətlər Təşkilatının səfirliyinə namizəd olan respublikaçı konqresmen Elis Stefanikdir.
Stefanik Ukraynaya silah dəstəyini kəsmək və müharibəyə son qoymaq istəyir. Bu səbəbdən onu əvvəllər rusiyapərəst olmaqda ittiham edirdilər.
Ölkə mətbuatında Trampın senator Marko Rubionu xarici işlər naziri kimi nəzərdən keçirdiyi iddia edilir.
Tramp həmçinin Təhsil Departamentini bağlayacağını və departamentin resurslarını ştatlara yönəldəcəyini açıqlayıb.
O, adambaşına təhsilə xərclənən pulun digər ölkələrdən 3 dəfə çox olduğuna baxmayaraq, ABŞ-da təhsilin son pillələrdə olduğunu bildirib.
Mənbə: TRT Haber