Vens: ABŞ Yaxın Şərqdə böyük hərbi qüvvə cəmləşdirib


ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Yaxın Şərqdə əhəmiyyətli Amerika hərbi qüvvələrinin yerləşdirildiyini bildirib.

AFN.az xəbər verir ki, o bu barədə “Newsmax” telekanalına müsahibəsində, Vaşinqtonun İranla bağlı siyasətini şərh edərkən danışıb.

Vens qeyd edib ki, ABŞ prezidenti Donald Trampın bir neçə mümkün fəaliyyət variantı var: “Prezidentin istifadə edə biləcəyi çoxlu imkanlar mövcuddur. Hansı addımı atacağını deməyəcəyəm, lakin bizim üçün əsas məsələ alternativlərin olmasıdır. Regionda kifayət qədər gücümüz var”, – deyə vitse-prezident vurğulayıb.

Onun sözlərinə görə, Trampın məqsədi əgər Tehran “ağılsız addım atarsa” ABŞ-ın mümkün təhdidlərə cavab vermək üçün lazım olan resurslara malik olduğuna əmin olmaqdır.

Qeyd edək ki, Donald Tramp daha əvvəl ABŞ-ın İranı diqqətlə izlədiyini və bölgəyə gəmilər də daxil olmaqla ciddi hərbi qüvvələr göndərdiyini açıqlamışdı. Bununla yanaşı, o, gərginliyin artmamasını üstün tutduğunu da bildirmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu