Vens: İranın uzunmüddətli perspektivdə nüvə silahından imtinası ABŞ üçün mühüm nailiyyət olar
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, İranın uzunmüddətli perspektivdə nüvə silahından imtina etməsi Vaşinqton üçün mühüm uğur hesab oluna bilər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Ceyms Devid Vens ABŞ-ın İran siyasətinin əsas məqsədlərindən birinin bu problemi uzunmüddətli şəkildə həll etmək olduğunu deyib.
Onun sözlərinə görə, əgər Tehran təkcə hazırda deyil, gələcəkdə də nüvə silahı əldə etməmək və nüvə potensialını bərpa etməmək öhdəliyi götürərsə, bu, ABŞ administrasiyası üçün mühüm nəticə olacaq.
Vens əlavə edib ki, İranla bağlı hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaq mümkün deyil. Bununla belə, o hesab edir ki, ABŞ düzgün istiqamətdə irəliləyir və bu proses fasilələr və yenidən canlanmalarla müşayiət oluna bilər.
