ABŞ-dan İrana yeni xəbərdarlıq: Müxtəlif addımlar atılacaq


ABŞ İranın nüvə proqramını bərpa etməyə və ya silahlı qruplaşmaları dəstəkləməyə cəhd edəcəyi təqdirdə müxtəlif addımlar ata bilər.

AFN.az "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Virciniya ştatında hərbçilər qarşısında çıxışı zamanı bildirib.

Vens deyib ki, ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, Amerika ordusunun endirdiyi zərbələr İranın nüvə proqramını əhəmiyyətli dərəcədə ləngidib və Tehran son 20-30 ilin ən uzaq nöqtəsində nüvə silahı əldə etmək imkanından geri düşüb.

O bildirib ki, ABŞ İranın hərbi potensialını zəiflətmək və gələcək təhlükələrin qarşısını almaq məqsədilə hərəkət edir. Vensin sözlərinə görə, Tramp administrasiyası Tehranla danışıqları güc mövqeyindən aparır və hərbi əməliyyatlar yalnız konkret məqsədlərə xidmət etməlidir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu