Fransada Olimpiadadan əvvəl qatarların hərəkətində fasilələr yaranıb


Fransada 2024-cü il Paris Yay Olimpiya Oyunlarının açılış mərasiminə bir neçə saat qalmış qatar xətlərinin zərərli şəxslərin hərəkətləri səbəbindən böyük ölçüdə kəsildiyi açıqlanıb.



Fransanın milli dəmir yolu şirkəti SNCF X hesabında Olimpiya Oyunları öncəsi qatarların hərəkətində yaranan fasilələrlə bağlı açıqlama verib.

Açıqlamaya görə, Fransanın qərbində, şimalında və şərqində qatar xidmətləri zərərli şəxslərin hərəkətlərindən təsirlənib.

Təxminən 800 min insan bu hücumlardan təsirlənib.

SNCF-nin açıqlamasına görə, bu hərəkətlərə görə qonşu Belçikaya və La-Manş boğazı ilə Londona gedən qatarlarda fasilələr yaranıb.

Açıqlamaya görə, yüksəksürətli qatar şəbəkəsini pozmağa yönəlmiş bu böyük hücumdan sonra bir çox qatar fərqli xətlərə yönləndirilib və ya ləğv edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu