Vyanaya uçan təyyarə Bakıda təcili eniş etdi, sərnişin öldü
Banqkok-Vyana reysini yerinə yetirən Tayvanın "Eva Airways” aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
AFN.az bu barədə aeroportun mətbuat xidmətinin məlumatına istinadən xəbər verir.
Buna səbəb təyyarədəki sərnişinlərdən birinin səhhətinin kəskin şəkildə pisləşməsi olub.
"Boeing 787” təyyarəsi yerli vaxtla saat 06:49-da Bakı hava limanına enib.
Tibbi personal tərəfindən sərnişinin nəbzinin olmadığını qeydə alınıb və dərhal zəruri yardım göstərilməyə başlanılıb. Lakin bütün səylərə baxmayaraq, təəssüf ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
Heydər Əliyev Beynəlxalq Aeroportu mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.