Küveytdə PUA hücumu nəticəsində iki İtaliya vətəndaşı həlak olub



İranın Küveytdəki strateji əhəmiyyətli obyektə pilotsuz uçuş aparatı (PUA) ilə hücumu nəticəsində baş verən partlayış iki İtaliya vətəndaşının ölümünə səbəb olub. 

AFN.az xəbər verir ki, həlak olan şəxslər Küveyt Silahlı Qüvvələrinin istifadə etdiyi Skyguard hava hücumundan müdafiə sisteminin aşkarlama antenalarının texniki xidmətini həyata keçirən italiyalı mütəxəssislər olub.

İtaliya Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında ölkənin Küveytdəki səfirliyi vasitəsilə hücum və partlayışla bağlı vəziyyətin yaxından izlənildiyi bildirilib. Açıqlamada qeyd olunub ki, partlayış Rheinmetall Italia şirkətindən olan iki italiyalı texnikin işlədiyi obyektə təsir edib. Həmin şəxslər Küveyt Silahlı Qüvvələrinin istifadə etdiyi Skyguard hava hücumundan müdafiə sisteminin aşkarlama antenalarına texniki xidmət göstərirdilər və hər ikisi həyatını itirib.

İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tacani hadisəni yaxından izləyir, həlak olanların ailələrinə başsağlığı verib.

Avropa İttifaqı Liderlər Zirvəsi üçün Brüsseldə olan İtaliyanın baş naziri Corcia Meloni də ABŞ-ın X sosial şəbəkəsindəki hesabında paylaşım edərək Küveytdəki hücum nəticəsində iki İtaliya vətəndaşının öldüyü xəbərini aldığını bildirib. Meloni öz adından və hökumət adından dərin hüznünü ifadə edib, həlak olanların ailələrinə səmimi başsağlığı verib. O, hücumdan zərər çəkənlərə və onların ailələrinə də dəstəyini ifadə edib.

Küveyt ordusu daha əvvəl İranın ölkəyə PUA hücumu zamanı strateji əhəmiyyətli obyektin hədəfə alındığını açıqlamışdı.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu