Küveytdə hava hücumundan müdafiə sistemləri işə düşüb
Küveyt ordusu İranın pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumların qarşısını almaq üçün hava hücumundan müdafiə sistemlərinin işə salındığını açıqlayıb.
AFN.az xəbər verir ki, Küveyt ordusunun rəsmi sosial media hesabından verilən bəyanatda ölkənin hava hücumundan müdafiə sistemlərinin hazırda İran PUA-larının xain hücumlarını dəf etdiyi bildirilib.
Bəyanatda ehtimal olunan partlayış səsləri ilə bağlı qeyd olunub ki, Baş Qərargah Rəisliyi partlayış səsləri eşidiləcəyi təqdirdə bunun düşmən hücumlarına qarşı işə düşən müdafiə sistemlərinin zərərsizləşdirmə fəaliyyətindən qaynaqlandığını diqqətə çatdırır.
Həmçinin hər kəsdən səlahiyyətli qurumlar tərəfindən yayımlanan təhlükəsizlik təlimatlarına əməl etmələri xahiş olunub.

