Küveyt raket və PUA hücumlarına məruz qaldığını bəyan edib


Küveytin hava hücumundan müdafiə (HHM) sistemləri ölkə ərazisi üzərində raket və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə törədilən hücumların qarşısını alır.

AFN.az xəbər verir ki, bu barədə əmirliyin Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsindəki rəsmi bəyanatında bildirilir. Nazirliyin açıqlamasında qeyd olunub: "Hazırda Küveyt HHM sistemləri düşmənin raket və PUA hücumlarına qarşı mübarizə aparır. Ordunun Baş Qərargahı bəyan edir ki, paytaxt və ətraf rayonlarda eşidilən partlayış səsləri düşmən hədəflərinin səmada zərərsizləşdirilməsinin (vurulmasının) nəticəsidir".

Küveyt Silahlı Qüvvələri ölkə vətəndaşlarını və sakinlərini təşvişə düşməməyə, rəsmi dövlət qurumları tərəfindən yayımlanan təhlükəsizlik təlimatlarına ciddi şəkildə əməl etməyə çağırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu