Küveyt ordusu raket və PUA hücumlarına cavab verdiyini elan etdi



Küveyt ordusu hava hücumundan müdafiə sistemlərinin raket və pilotsuz uçuş aparatı (PUA) hücumlarına qarşı əməliyyat keçirdiyini açıqlayıb.

AFN.az xəbər verir ki, Küveyt ordusunun "X" sosial media platformasındakı hesabından verilən bəyanatda hava hücumundan müdafiə qüvvələrinin raket və PUA hücumlarının qarşısını aldığı bildirilib.

Açıqlamada qeyd olunub ki, ölkə ərazisində eşidilən partlayış səsləri hava hücumundan müdafiə sistemlərinin düşmən hücumlarını zərərsizləşdirməsindən qaynaqlanır. Hücumların mənbəyi və ya xüsusiyyətləri ilə bağlı hələlik ətraflı məlumat paylaşılmasa da, əhaliyə səlahiyyətli orqanlar tərəfindən yayımlanan təhlükəsizlik qaydalarına əməl etmələri barədə çağırış edilib.

Bundan əlavə, Küveyt Milli Qvardiya Rəisliyi də qısa müddət əvvəl hərbi qüvvələrinin təhlükəsizliyinə cavabdeh olduğu bölgələrdə 6 PUA-nı vurduğunu elan edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu