NATO müttəfiqləri İranla münaqişədə ABŞ-a kifayət qədər dəstək vermədi - Tramp
ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rütte ilə görüşündə Amerika qoşunlarının Avropadakı gələcək hərbi mövcudluğunu ətraflı müzakirə etdiklərini bildirib.
AFN.az xəbər verir ki, Tramp Floridadakı Mar-a-Laqo iqamətgahında jurnalistin bu mövzunun görüşdə müzakirə olunub-olunmadığı barədə sualını cavablandırarkən “Bunu ətraflı müzakirə etdik” deyib.
Avropadakı ABŞ hərbi qüvvələrinin sayının azaldılması ehtimalına münasibət bildirən Tramp NATO müttəfiqlərinin İranla münaqişədə Vaşinqtona o qədər də kömək etmədiyini söyləyib. Bununla belə, Qrenlandiyanı əldə etdiklərini vurğulayan ABŞ lideri adanın Texas ştatından üç dəfə böyük olduğunu və bunun onun münasibətini müəyyən qədər dəyişdirdiyini qeyd edib.
