ABŞ Nətənzə yaxın ərazidə İranın nüvə fəaliyyəti ilə bağlı hərəkətlilik görmür


ABŞ Prezidenti Donald Tramp İranda, Nətənz yaxınlığında Koləng-Qaz-La dağı altındakı ehtimal olunan nüvə obyektində hər hansı ciddi fəaliyyət müşahidə etmədiklərini bildirib.

AFN.az xəbər verir ki, Tramp Floridadakı Mar-a-Laqo iqamətgahında jurnalistlərin suallarını cavablandırarkən ABŞ-ın İran tərəfini diqqətlə izlədiyini deyib. Onun sözlərinə görə, Vaşinqtonun məhv etdiyi nüvə obyektlərində İranın hər hansı fəaliyyət göstərməsi mümkün olmayıb.

“Biz Kirka dağına zərbə endirərdik. Amma orada real aktivlik müşahidə etməmişik”, – deyə Tramp əlavə edib. ABŞ-da Koləng-Qaz-La massivi “Kirka dağı” kimi tanınır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu