Britaniya Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilərin yarısının ünvanını tapa bilmir
Britaniya Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilərin təxminən yarısının hazırkı ünvanını müəyyən edə bilmədiyi üçün onlara hərbi təlimlərdə iştirakla bağlı müraciət göndərə bilməyib.
AFN.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti yazıb. Nəşrin məlumatına görə, nazirlik ehtiyatda olan hərbçilərin əlaqə məlumatlarını yeniləmədiyindən onların bir hissəsinə çata bilmir.
Nəşr bir gün əvvəl Britaniya hökumətinin Soyuq müharibə dövründən bəri ilk dəfə təxminən 100 min ehtiyat hərbçiyə 2027-ci ildə keçirilməsi planlaşdırılan hərbi təlimlərdə könüllü iştirak etməyi təklif etdiyini yazmışdı.
Qəzetin son məlumatına görə, müraciət məktubları həmin şəxslərin yalnız yarısına göndərilib. Buna səbəb Müdafiə Nazirliyinin digər ehtiyat hərbçilərin aktual ünvanlarına malik olmamasıdır.

