Alman ordusunda hərbçilərin sayı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Almaniya Silahlı Qüvvələrində hərbçilərin sayının 186 min 700 nəfərə çatdığı açıqlanıb.
AFN.az xəbər verir ki, Müdafiə Nazirliyinin açıqlamasına görə, ordudakı hərbçilərin sayı 2026-cı il üçün müəyyən edilən 186 min-190 min nəfərlik hədəfə uyğun olaraq 186 min 700-ə yüksəlib.
Beləliklə, Alman ordusunda hərbçilərin sayı son 13 ilin ən yüksək səviyyəsinə çatıb.
Ölkədə hərbi xidmətə müraciətlərin sayı ilə yanaşı, yeni hərbçi qəbulu da artıb.
İyul ayında təxminən 47300 nəfər hərbi xidmətə müraciət edib və onların 15400-ü orduya qoşulub.
Almaniyada 2026-cı ilin əvvəlində qüvvəyə minən yeni hərbi xidmət qaydaları ilə hərbi xidmətə qəbul sistemi könüllülük prinsipi əsasında davam edir.
Hökumət 2035-ci ilə qədər ordudakı hərbçilərin sayını 255 min-270 min nəfərə çatdırmağı planlaşdırır.


