Almaniyada hərbi xidmətdən imtina halları artır


Almaniyada hərbi xidmətdən imtina edənlərin sayı son illərdə nəzərəçarpacaq dərəcədə artıb.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, Federal Ailə və Vətəndaş Cəmiyyəti İşləri İdarəsinə (BAFzA) bu ilin ilk altı ayında 5 862 belə müraciət daxil olub. Müqayisə üçün qeyd olunur ki, 2025-ci ildə bu göstərici 3 867, 2024-cü ildə isə 2 998 olub.

Məlumata görə, müraciətlərin artmasına təhlükəsizlik sahəsində gərgin vəziyyət və bu il yanvarın 1-dən qüvvəyə minən Bundesverə çağırış islahatı haqqında qanun təsir göstərib.

Qanuna əsasən, 2027-ci il iyulun 1-dən etibarən 18 yaşına çatan bütün oğlanlar, könüllü xidmətə yazılmasalar belə, hərbi yararlılığın müəyyən edilməsi üçün məcburi tibbi müayinəyə çağırılacaqlar.

Bildirilir ki, könüllülərin sayı kifayət etməzsə, Almaniya parlamentinin qərarı ilə məcburi hərbi xidmət qismən bərpa oluna bilər. Hökumət 2035-ci ilədək ölkənin fəal hərbi qulluqçularının sayını 186 mindən 260 minə çatdırmağı hədəfləyir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu