Daha bir Avropa ölkəsi məcburi hərbi xidməti bərpa edir

Xorvatiya 2025-ci ildən məcburi hərbi xidməti bərpa edir.
Xorvatiyanın müdafiə naziri İvan Anusiç ötən həftənin sonunda məcburi hərbi xidmətin gələn il yanvarın 1-dən başlayacağını açıqlamışdı.
Bu addım Rusiyanın Ukraynaya hücumundan sonra Avropada gərginliyin artması, eləcə də Balkanlarda açıq-aşkar silahlanma ilə əlaqədar atılıb.
Xorvatiyada məcburi hərbi xidmət müddəti altı ay müəyyən edilib və 18-27 yaş arası kişi vətəndaşlar bu xidmətə cəlb olunacaqlar.
Mənbə: Independent