Argentina Senatı seçki islahatı layihəsini təsdiqləyib


Argentina Senatı 2027-ci ilin oktyabrında keçiriləcək prezident və parlament seçkiləri öncəsi məcburi praymerizlərin ləğvini nəzərdə tutan qanun layihəsini dəstəkləyib.

AFN.az xəbər verir ki, ölkə Milli Konqresinin yuxarı palatasının X hesabında yayılan məlumata görə, seçki islahatı layihəsi 43 lehinə, 29 əleyhinə səslə qəbul edilib.

Təklifə əsasən, məhkəmə tərəfindən təqsirli bilinmiş siyasətçilər barələrindəki hökmdən apellyasiya şikayəti vermək imkanları tükənməsə belə, seçkilərdə iştirak edə bilməyəcəklər. Layihə prezidentliyə namizədlərin seçkilərin birinci turundan əvvəlki debatlarda iştirak etməməsinə görə tətbiq olunan cəzanın da ləğvini nəzərdə tutur.

Qanun layihəsi indi parlamentin aşağı palatası olan Deputatlar Palatasında müzakirə olunmalıdır.

İslahat təşəbbüsü hökumət tərəfindən dövlət xərclərinin azaldılması zərurəti ilə əsaslandırılıb. Müxalifət isə namizədlərlə bağlı partiyadaxili fikir ayrılıqlarının həlli üçün praymerizlərin keçirilməsində maraqlı olub.

Argentinada praymerizlər əsas seçkilərdən iki ay əvvəl keçirilir və səsvermədə iştirak məcburidir. Bu mərhələdə hansı partiyaların əsas seçkilərdə iştirak edəcəyi və onları kimin təmsil edəcəyi müəyyənləşdirilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu