Trampın vergilərin azaldılması qanun layihəsi Senatdan keçdi

ABŞ Senatı Prezident Donald Trampın seçki kampaniyasında vəd etdiyi vergilərin azaldılmasını həyata keçirməyi hədəfləyən qanun layihəsini qəbul edib.
Layihəyə bütün Demokrat senatorlar əleyhinə səs verib. Respublikaçılar arasında isə Susan Collins, Rand Paul və Thom Tillis qanun layihəsinə qarşı çıxıblar.
Səsvermədə 50-50 bərabərlik yarandıqdan sonra ABŞ vitse-prezidenti JD Vans həlledici səsi verərək layihənin Senatdan keçməsini təmin edib.
Beləliklə “Bir Böyük Gözəl Qanun Layihəsi” (Big Beautiful Bill) adlandırılan və genişmiqyaslı vergi endirimlərini nəzərdə tutan layihə Senatda 24 saatdan artıq davam edən müzakirələrdən sonra 51 səslə (51-50) qəbul olunub.
Qanun layihəsinin qüvvəyə minməsi üçün Trampın imzasına təqdim edilməzdən əvvəl Temsilçilər Palatasında da təsdiqlənməsi tələb olunur.
Temsilçilər Palatasındakı Respublikaçıların qanun layihəsini 4 iyul – ABŞ Müstəqillik Günü tarixinə qədər qəbul etdirmək üçün intensiv şəkildə işləyəcəkləri gözlənilir.
Qanun layihəsində aşağıdakı əsas maddələr yer alır:
Ştat və yerli səviyyədə vergi güzəştlərinin artırılması,
Bəxşişlər və əlavə iş saatlarından əldə olunan gəlirlərin vergidən azad olunması,
2017-ci ildə qüvvəyə minmiş vergi endirimlərinin müddətinin uzadılması,
Eyni zamanda büdcə xərclərində ixtisarlar edilməsi planlaşdırılır.