ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaların sərtləşdirilməsini dəstəkləyib


ABŞ Konqresinin Senatı Rusiya və İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin lehinə səs verib. Səsvermə qanunverici orqanın yuxarı palatasının saytında canlı yayımlanıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, təşəbbüsün lehinə 86, əleyhinə isə 11 senator səs verib. Sənədin sentyabr ayında Konqresin Nümayəndələr Palatasında müzakirə olunacağı gözlənilir. Aşağı palatada bəzi konqresmenlər gömrük rüsumlarının növbəti dəfə artırılması səbəbindən sənədə qarşı çıxa bilərlər.

Qanunvericilər avqustun 7-də ABŞ prezidentini Rusiyadan neft və ya qaz idxal edən ölkələrə gömrük rüsumları tətbiq etmək hüququndan məhrum edən düzəlişin əleyhinə səs veriblər.

Senatorlar səsverməni ABŞ paytaxtını tərk edərək 5 həftə davam edəcək yay tətilinə yollanmazdan əvvəl keçiriblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu