ABŞ Senatı DTN-in maliyyələşdirilməsi layihəsini rədd etdi
ABŞ Konqresinin Senatı keçirilən prosedur səsverməsində Daxili Təhlükəsizlik Nazirliyinin (DTN) maliyyələşdirilməsi layihəsini dəstəkləməyib.
AFN.az C-SPAN telekanalına istinadən xəbər verir ki, DTN-in cari maliyyə ilinin sonuna qədər (ABŞ-da maliyyə ili sentyabrın 30-da başa çatır-red.) maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsinin lehinə 52, əleyhinə isə 47 senator səs verib.
Sənədin prosedur səsverməsindən keçməsi və qəbulu məsələsinə baxılması üçün ən azı 60 senatorun dəstəyi tələb olunurdu. Beləliklə, lazımi səs toplanmadığı üçün Daxili Təhlükəsizlik Nazirliyi cümə günündən şənbəyə keçən gecə fəaliyyətini dayandıracaq.
Bu, son aylarda ABŞ hökumətinin işinin qismən dayandırılması ilə bağlı sayca üçüncü "şatdaun" hadisəsi olacaq.



