ABŞ-ın yeni hərbi büdcəsi qəbul edildi


ABŞ Konqresinin yuxarı palatası ölkənin 2023-cü maliyyə ili üçün müdafiə büdcəsi ilə bağlı qanun layihəsini qəbul edib.


AFN.az-ın məlumatına görə, sənəd digər məsələlərlə yanaşı, Rusiya Federasiyasının Avropada cilovlanması üçün tədbirlərin gücləndirilməsini, NATO müttəfiqlərinə və Ukraynaya dəstəyi nəzərdə tutur. İndi qanun imzalanmaq üçün Ağ Evin rəhbərinə göndəriləcək.
ABŞ-ın 2023-cü ilə dair Müdafiə Büdcəsi Aktı layihəsi böyük səs çoxluğu ilə qəbul edilib. 83 senator lehinə, 11 senator sənədin əleyhinə səs verib.
Büdcə layihəsi ABŞ-ın müdafiə xərclərinə prezident Baydenin Konqresə rəsmi müraciətində təqdim etdiyindən 45 milyard dollar artıq vəsaitin ayrılmasını nəzərdə tutur. Ümumilikdə, yeni müdafiə büdcəsi Müdafiə Nazirliyinin xərcləri üçün 817 milyard dollar, ABŞ Energetika Nazirliyi üçün isə 30 milyard dollar vəsaiti əhatə edir.
Yeni ilə dair büdcə sənədində digər ölkələrə hərbi yardımla bağlı maddələr var. Ukraynaya 800 milyon dollar maliyyə ayrılması nəzərdə tutulub. Bu məbləğə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra ABŞ Konqresinin qəbul etdiyi digər çoxmilyardlıq qanunvericilik aktlarından ayrıca baxllır.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu