ABŞ Ukraynaya hərbi yardımla bağlı nəzərdə tutduğu məbləği açıqladı


ABŞ-ın 2022-ci il üçün müdafiə büdcəsi layihəsində Ukraynaya 300 milyon dollar hərbi yardımın ayrılması nəzərdə tutulur.


Bu məbləğ ABŞ administrasiyasının tələb etdiyindən 50 milyon dollar çoxdur.

“Qanun layihəsində Ukrayna ordusuna dəstək və yardım göstərən Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü üçün 300 milyon dollar ayrılmasını nəzərdə tutur ki, bu da 250 milyon dollarlıq büdcə tələbindən artıqdır”, - sənədin qeydində deyilir.

Qanun layihəsi, Prezident Co Baydenin imzasından əvvəl Nümayəndələr Palatası və Senat tərəfindən təsdiqlənməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu