Bayden Ukraynaya ən böyük yardımı təsdiqlədi


ABŞ prezidenti 2023-cü ilə dair 1,7 trilyon dollarlıq dövlət büdcəsi haqqında qanun layihəsini imzalayıb.


AFN.az-ın məlumatına görə, yeni büdcəyə Rusiyanın təcavüzünə qarşı Ukraynaya və müttəfiqlərinə təxminən 45 milyard dollar yardım da daxildir. Bu barədə Ağ Evin rəsmi bəyanatında deyilir.
Sənəd büdcədən digər dövlət proqramlarına da vəsaitin ayrılmasını nəzərdə tutur.
Ötən həftə qanun layihəsi Konqresin hər iki palatası tərəfindən təsdiq edilib. Prezident Bayden sənədin ABŞ üçün əsas prioritetləri təşviq etdiyini deyib.
Ağ Ev rəhbərinin sözlərinə görə, Ukraynaya çoxmilyardlıq yardım paketi ilə bağlı qanun Vladimir Zelenskinin Vaşinqtona səfərindən sonra Ukrayna xalqına ikitərəfli dəstəyin davam etdiyini nümayiş etdirir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu