Bayden Ukraynaya 2,9 milyard dollarlıq hərbi yardım paketini təsdiqlədi
ABŞ prezidenti Co Bayden Ukraynaya 2 milyard 980 miyon dollarlıq hərbi yardımı nəzərdə tutan qərarı imzalayıb.
Ukraynanın Müstəqillik Günündə imzalanan qərara əsasən, Ukraynaya HHM sistemləri, artilleriya qurğuları və mərmiləri, PUA-lar və radarlar göndəriləcək.
Bayden bildirib ki, ABŞ hər zaman Ukrayna xalqının yanında olacaq: “Ukrayna xalqına dəstək öhdəliyimiz çərçivəsində qürurla bugünə qədər olan ən böyük hərbi yardım tranşını elan edirəm. ABŞ öz suverenliyini müdafiə etmək üçün mübarizəni davam etdirən Ukrayna xalqını dəstəkləməyə davam edəcək”.