ABŞ Senatı 2024-cü maliyyə ili üçün hərbi büdcəni təsdiqləyib


ABŞ Senatı səs çoxluğu ilə Milli Müdafiə Aktı kimi tanınan 2024-cü maliyyə ili üçün ölkənin müdafiə büdcəsini təsdiqləyib.


Bu barədə yerli media səsvermənin nəticələrinə istinadən xəbər verir.

2024-cü maliyyə ili üçün yekun konsensus büdcəsi ötən illə müqayisədə 28 milyard dollar çox olmaqla, milli müdafiə üçün 886 milyard dollar tələb edir.

İndi sənəd Nümayəndələr Palatasına getməlidir və orada da gecikmədən qəbul ediləcəyi gözlənilir. Qanunvericilər ümid edirlər ki, büdcə həftənin sonuna qədər hər iki palatadan keçəcək və imzası üçün prezident Co Baydenə gedəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu