ABŞ Konqresinin Nümayəndələr Palatası Trampın dəstəklədiyi müvəqqəti büdcə qanun layihəsini rədd edib
ABŞ Konqresinin Nümayəndələr Palatası Donald Trampın da dəstəklədiyi müvəqqəti büdcə layihəsini rədd edib.
Aralıq büdcə layihəsi axşam saatlarında ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən 174 "hə" səsinə qarşı 235 üzvün "xeyr" səsi ilə rədd edilib.
Trampın dəstəklədiyi və hökumətin mart ayına qədər maliyyə təminatını nəzərdə tutan və borc tavanını 2 il müddətinə dayandıran qanun layihəsi bəzi respublikaçılarla yanaşı, demokratlar tərəfindən də qəbul edilməyib.
Səsvermədə 78 Respublikaçı şura üzvü Demokartlarla birlikdə sözügedən qanun layihəsinə “yox” səs verib.
Nümayəndələr Palatasının spikeri Respublikaçı Mayk Conson cümə günü gecə yarısına qədər müvəqqəti büdcə qanun layihəsini həll etmək üçün bir yol tapa biləcəklərinə inandıqlarını bildirib.
Əvvəllər Demokratlar və Respublikaçılar müvəqqəti büdcə ilə bağlı razılığa gəlmişdilər, lakin çərşənbə günü əksinə açıqlama verən Trampın sözləri ilə razılaşma pozulub.