ABŞ Konqresi müvəqqəti büdcəni təsdiqlədi


ABŞ Konqresi federal hökumətin bağlanmasının qarşısını almaq üçün müvəqqəti büdcə qanun layihəsini təsdiqləyib.



Nümayəndələr Palatası dekabrın 20-dək ölkədə bəzi dövlət qurumlarının maliyyələşdirilməsini nəzərdə tutan büdcə layihəsini təsdiqlədikdən sonra qanun layihəsi Senatda səsverməyə çıxarılıb.

Senat tərəfindən də təsdiqlənən büdcə layihəsi federal hökumətin bağlanmasının qarşısını almaq üçün dövlət qurumlarının müvəqqəti maliyyələşdirilməsini nəzərdə tutur.

ABŞ Konqresinin təsdiq etdiyi büdcə layihəsi prezident Co Baydenin imzasını gözləyir.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson açıqlamasında bu addımın sadəcə lazım olanı etmək olduğunu bildirib.

"Hökumətin bağlanması yanlış siyasi təcrübə olardı. Düşünürəm ki, hamı bunu başa düşür", - Conson bildirib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu