Rumıniya müharibəyə hazırlaşır?


Sosial şəbəkələrdə, əsasən TikTok-da Rumıniyanın müharibəyə hazırlaşması ilə bağlı xəbərlər həqiqətə uyğun deyil və dezinformasiyadır.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat nümayəndəsi general-mayor Konstantin Spinu deyib. Son günlər Rumıniya Müdafiə Nazirliyi internet resurslarında ölkə sərhədlərinin bağlanacağı və qoşunlarla möhkəmləndiriləcəyi, hərbi texnikanın Konstansa limanında cəmləşəcəyi, ehtiyatda olan hərbçilərin səfərbər olunacağı və hərbi texnikanın cəmlənəcəyi barədə xəbərləri dəfələrlə təkzib edib.

"Son vaxtlar dezinformasiyanın həcmi çoxalıb" - deyə Spinu bildirib. Onun sözlərinə görə, son günlərin "sevimli" mövzuları Rumıniya hakimiyyət orqanları tərəfindən aparılan sözdə müharibə hazırlıqlarıdır: “Bunlar, Rumıniyanın suverenliyinə və NATO-ya qarşı yönəlmiş gündəliyi olan dövlətlər tərəfindən son vaxtlar həyata keçirilən dezinformasiya kampaniyalarının standartlarına açıq şəkildə uyğun gələn həqiqətin kobud manipulyasiya və mistifikasiya formalarıdır. Məqsəd qeyri-müəyyənlik vəziyyətini saxlamaq, Rumıniya ictimaiyyəti arasında çaxnaşma yaratmaqdır".

Spinu sosial şəbəkələrdə 18-35 yaşlı rumın gənclərinin və ehtiyatda olan hərbçilərin Ukraynada cəbhəyə göndərilməsi məqsədilə səfərbərliyə hazırlandığı barədə xəbərləri də təkzib edib. “Rumıniyada 2007-ci ildən məcburi hərbi xidmət ləğv edilib. Müdafiə Nazirliyinin səfərbərlik ehtiyatının artırılması üçün nəzərə aldığı yeganə seçim könüllü təşəbbüslərdir” - deyə o vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu