Rumıniya Türkiyədən 18 ədəd "Bayraktar" almağı planlaşdırır


Rumıniya təqribən 300 milyon dollar dəyərində logistik dəstəklə birlikdə Türkiyənin "Baykar" şirkətindən üç pilotsuz uçuş aparatı (PUA) sistemi almağı planlaşdırır.


APA xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, avqust ayının əvvəlində parlamentdən silahlı qüvvələrdə istifadə olunan silahların modernləşdirilməsi çərçivəsində Rumıniya quru qüvvələri üçün ümumilikdə 18 ədəd "Bayraktar" TB2 pilotsuz təyyarəsinin alınması üçün tender prosedurunu təsdiqləməsi üçün müraciət edib.

"Təsdiqi tələb olunan satınalma, maliyyə imkanlarından asılı olaraq 2022-ci ildən başlanacaq", - nazirliyin bəyanatında deyilir.

Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq 2004-cü ildən NATO üzvü olan Rumıniyanın prezidenti Klaus mart ayında bildirib ki, 2023-cü ildə ölkənin müdafiə xərclərini ümumi daxili məhsulun 2%-dən 2,5%-ə çatdırılacaq. Ukrayna ilə 650 kilometr sərhədi olan bu ölkə ABŞ-ın ballistik raketdən müdafiə sisteminə ev sahibliyi edir və bu ildən etibarən onun ərazisində NATO-nun uzunmüddətli döyüş qrupu yerləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu