Rumıniya bu il F-35 qırıcıları almağa başlamağı planlaşdırır
Rumıniyanın Müdafiə Nazirliyi 6,5 milyard dollara 32 ən son nəsil F-35 döyüş təyyarəsinin alınması proseduruna başlamaq üçün parlamentin təsdiqini istəyib.
AFN.az xəbər verir ki, bu barədə "Profit.ro" məlumat yayıb
Hökumətlərarası müqavilə çərçivəsində "Lockheed Martin Corp"dan F-35 təyyarələrinin alınması planı aprel ayında Rumıniyanın Ali Müdafiə Şurası (CSAT) tərəfindən təsdiqlənib.
Müdafiə Nazirliyi bu il ilkin olaraq 32 təyyarə, logistika və təlim xidmətləri, uçuş simulyatorları və sursatları əhatə edəcək satınalma planına başlamaq üçün parlamentin ilkin təsdiqini istəyir.