Hollandiya: ABŞ Ukraynaya F-16 döyüş təyyarələrinin çatdırılmasına icazə verdi


Hollandiya Müdafiə Nazirliyi ABŞ-ın Hollandiyaya F-16 döyüş təyyarələrinin Ukraynaya çatdırılmasına icazə verdiyini açıqlayıb.


Hollandiyanın müdafiə naziri Kajsa Ollongren çatdırılma təsdiqini X sosial media platforması vasitəsilə açıqlayıb.

"Biz ABŞ-ın F-16 qırıcılarının Ukraynaya təhvil verilməsinə razılıq verməsini alqışlayırıq. Bu, bizə ukraynalı pilotların təlimini tamamlamağa imkan verir", - deyən Ollonqren növbəti addımlar üçün avropalı tərəfdaşları ilə əlaqə saxladıqlarını bildirib.

Hollandiyanın xarici işlər naziri Vopke Hoekstra amerikalı həmkarı Antoni Blinkenə əməkdaşlığa görə təşəkkür edib. "Bu addım Ukraynanın öz xalqını və ölkəsini müdafiə etməsi üçün mühüm mərhələdir" - deyə o bildirib.

Ukraynaya F-16-ların tədarükü üçün Hollandiya və Danimarka başda olmaqla ölkələr may ayında NATO-da geniş istifadə olunan ABŞ istehsalı olan F-16 döyüş təyyarələri üçün ukraynalı pilotlara təlim keçmək barədə razılığa gəliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu