ABŞ və Aİ Ukraynaya Danimarka və Hollandiya vasitəsilə F-16 döyüş təyyarələri verə bilər


ABŞ və Aİ ölkələri Danimarka və Hollandiya vasitəsilə Ukraynaya F-16 qırıcılarının tədarükü istiqamətində müzakirələr aparır.


AFN.az-ın xəbərinə görə, bu barədə “The New York Times” ABŞ və Aİ rəsmilərinə istinadən məlumat verib. ABŞ rəsmilərinin bildirdiyinə görə, Hollandiyada 40-a yaxın F-16 döyüş təyyarəsi var və ölkə artıq öz hava qüvvələrini F-35 qırıcısı ilə təmin etməyə başlayıb.

“The New York Times”ə məlumat verən mənbələrin bildirdiyinə görə, NATO-ya üzv olan istənilən dövlətin ABŞ qırıcılarını Ukraynaya göndərməsı üçün Bayden administrasiyasınin “yaşıl işıq” yandırması lazımdır. Qəzet yazır ki, Amerika və Avropa rəsmiləri belə tədarüklərin (F-16 qırıcılarının) Danimarka və ya Hollandiyadan gəlmə ehtimalının daha yüksək olduğunu bildirirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu