Rumıniya hökuməti Buxarestdəki “Rusiya evi”ni bağlayıb


Rumıniya hökuməti paytaxt Buxarestdə “Rusiya evi” kimi fəaliyyət göstərən Rusiya Mədəniyyət və Elm Mərkəzini bağlayıb.


“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rumıniyanın Xarici İşlər Nazirliyindən bildirilib.

Moskvanın Buxarestdəki səfiri Valeriy Kuzmin fevralın 21-də Rumıniya XİN-ə çağırılıb. Diplomat qərarla bağlı məlumatlandırılıb.

Nazirlikdən qeyd olunub ki, mərkəz reallığın və tarixi həqiqətin Rumıniya ictimai rəyi səviyyəsində təhrif edilməsinə yönəlmiş fəaliyyətlə məşğul olub.

XİN-in məlumatına görə, Rusiya Ukraynaya hərbi müdaxilə edəndən sonra mərkəzin bu istiqamətdə fəaliyyəti intensivləşib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu