Rumıniya qaçqınlara müavinətlərin ödənilməsini məhdudlaşdırır


Rumıniya hökuməti ukraynalı qaçqınlara nağd pul müavinətlərinin verilməsi qaydalarını sərtləşdirib.


AFN.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, bundan sonra dəstək zamanla məhdudlaşacaq. Belə ki, Rumıniya hakimiyyət orqanlarının yeni fərmanına əsasən, aylıq birdəfəlik müavinət 2023-cü il mayın 1-dən etibarən maksimum dörd ay ardıcıl olaraq ödəniləcək. Qaçqınlara yemək və yaşayış xərcləri də ödəniləcək.

Qaçqının yaşayış yeri məsələsi yerli hakimiyyət orqanları tərəfindən öz üzərinə götürüldüyü halda, mənzil təmin edən bölmələrə yemək və yaşayış üçün sabit məbləğlər ödəniləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu